Sual-Cavab

Tez-tez verilən suallar

Platforma ilə bağlı ən vacib sualların cavabları

Ideyavar.az — yaradıcı ideyası, strateji layihəsi və ya sosial təşəbbüsü olan vizionerlərlə onlara investisiya və dəstək vermək istəyən şəxsləri vahid rəqəmsal ekosistemdə birləşdirən müasir platformadır. Biz, xəyalları gerçəkliyə çevirmək üçün lazım olan imkanlar körpüsünü qururuq.
Faydalı ideyası, sosial təşəbbüsü, biznes planı, yaradıcı işi və ya inkişaf etdirmək istədiyi layihəsi olan hər kəs ideyavar.az-da layihə yerləşdirə bilər. Əsas şərt layihənin aydın, real və qaydalara uyğun təqdim olunmasıdır.
Xeyr. Yeni əlavə olunan layihə əvvəlcə admin tərəfindən yoxlanılır. Layihə məlumatları qaydalara uyğun olduqda təsdiqlənir və bundan sonra saytda yayımlanır.
İnvestor layihənin səhifəsinə daxil olur və maraqlandığı halda sayt üzərindən müraciət göndərir. Bu müraciət birbaşa layihə sahibinə deyil, əvvəlcə adminə ötürülür.
İnvestor olmaq üçün əvvəlcə saytda istifadəçi kimi qeydiyyatdan keçməlisiniz. Daha sonra investor kimi fəaliyyət göstərmək istədiyinizi bildirmək üçün sayt üzərindən müraciət göndərirsiniz.\r\n\r\nMüraciətiniz ideyavar.az komandası tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra siz platformada investor kimi aktivləşdirilirsiniz. Bundan sonra layihələrə baxa, maraqlandığınız layihələr üzrə müraciət göndərə və admin vasitəsilə layihə sahibləri ilə əlaqə qura bilərsiniz.
İnvestor layihənin təsvirini, məqsədini, mərhələsini, kateqoriyasını və tələb olunan investisiya məbləğini görə bilir.
Xeyr. Layihə ilə bağlı detallı maliyyə və daxili məlumatlar yalnız layihə sahibi və admin arasında qalır. Layihə sahibinin razılığı olduqda İnvestora təqdim edilir.
Layihənin məqsədini aydın izah etmək, vizual materiallar əlavə etmək və real plan təqdim etmək investorların marağını artırır. Platformadakı xidmətlər bölməsindən də istifadə edə bilərsiniz.
Xeyr. ideyavar.az üzərindən birbaşa ödəniş və ya investisiya köçürməsi həyata keçirilmir. Platforma yalnız əlaqə və əməkdaşlıq üçün mühit yaradır.
Hal-hazırda ideyavar.az platformasında layihə yerləşdirmək ödənişsizdir. Bu imkan ilkin mərhələ çərçivəsində 30 avqust 2026-cı il tarixinə qədər qüvvədədir.\r\n\r\nGöstərilən tarixdən sonra şərtlərdə dəyişiklik olarsa, bu barədə istifadəçilərə sayt üzərindən əvvəlcədən məlumat veriləcək.